Altmış illik övlad həsrətləri sona çatdı - Tibbdə möcüzə

Altmış illik övlad həsrətləri sona çatdı -       Tibbdə möcüzə

74 yaşlı qadının əkiz uşağı olub 


Hindistanın Andra Pradeş ştatında bir qadın 74 yaşında əkiz uşaq dünyaya gətirərək ən yaşlı ana titulunun sahibi olub. 


AYNA xarici mediaya istinadən xəbər verir ki, 74 yaşlı Magayamma Yaramati və 82 yaşlı həyat yoldaşının 60 illik övlad həsrətinə süni mayalanma ilə son qoyulub. 

 
İllərlə getmədiyi həkim, almadığı müalicə qalmayan qadını Uma Sankar adı bir həkim nəzrətə götürüb və iki aylıq müalicədən sonra o, hamilə qalıb. Nəhayət qeysəriyyə əməliyyatı yolu ilə əkiz qızlarına qovuşub. 

 
Ana və körpələrin vəziyyətinin yaxşı olduğu bildirilir. Yaramatinin uşaqları üçün süd bankından dəstək alınacağı qeyd olunub. 

 
Qeyd edək ki, bundan öncə, 2016-ci ildə Hindistanın Pencar əyalətində yaşayan 72 yaşlı Daljinder Kaur da bir oğlan dünyaya gətirmişdi.

Müəllif: Ayna.az      6 Sentyabr 2019 17:14
Maraqlı bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar