“Heç kimin Azərbaycanın daxili işlərinə qarışmasına imkan vermirik”

“Heç kimin Azərbaycanın daxili işlərinə qarışmasına imkan vermirik”

Hikmət Hacıyev: “Azərbaycan gərgin və nizamsız beynəlxalq münasibətlər şəraitində beynəlxalq hüququn norma və prinsipləri əsasında xarici siyasət yürüdür”

 

“Azərbaycan heç bir dövlətin daxili işlərinə qarışmır və özünün də daxili işlərinə qarışmağa heç bir dairəyə imkan vermir”.

 

AYNA xəbər verir ki, bunu Azərbaycan Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Xaricdə magistr təhsilinin maliyyələşdirilməsi" müsabiqəsinin qalibləri ilə görüşündə deyib.

 

“Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikası dövlət quruculuğunun bütün istiqamətlərində, o cümlədən xarici siyasət sahəsində ciddi uğurlara imza atıb. Azərbaycan Respublikası, sözün əsl mənasında müstəqil xarici siyasət yürüdən ölkədir. Bu müstəqil siyasətin əsasını Azərbaycanın milli maraqları və ölkə vətəndaşlarının mənafeyinin qorunması təşkil edir”, - deyə Hacıyev bildirib.

 

O, əlavə edib ki, gərgin və nizamsız beynəlxalq münasibətlər şəraitində ölkəmiz beynəlxalq hüququn norma və prinsipləri əsasında xarici siyasət yürüdərək, heç bir dövlətin daxili işlərinə qarışmır və özünün də daxili işlərinə qarışmağa heç bir dairəyə imkan vermir.

 

Qeyd edək ki, sentyabrın 5-də Azərbaycan Respublikasının Gənclər Fondunun elan etdiyi "Xaricdə magistr təhsilinin maliyyələşdirilməsi" müsabiqəsinin qalibləri ilə Azərbaycan Respublikası Prezidenti Administrasiyası Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin və Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərovun görüşü keçirilib.

Müəllif: Ayna.az      6 Sentyabr 2019 12:37
Siyasət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar