Ramil Usubov vidalaşdı, yeni nazir fəaliyyətinin icrasına başladı

Ramil Usubov vidalaşdı, yeni nazir fəaliyyətinin icrasına başladı

Mərasimdə Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və Prezidentin hüquq-mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi Fuad Ələsgərov da iştirak edib

 

Sabiq Daxili İşlər naziri Ramil Usubov Daxili İşlər Nazirliyinin (DİN) Kollegiyasının üzvləri və şəxsi heyəti ilə vidalaşıb. AYNA “Report”a istinadən xəbər verir ki, yeni Daxili İşlər naziri Vilayət Eyvazovun kollektivə təqdim olunması mərasimi keçirilib.

 

Mərasimdə Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və Prezidentin hüquq-mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi Fuad Ələsgərov da iştirak edib. Tədbirdən sonra yeni Daxili İşlər naziri fəaliyyətinin icrasına başlayıb.

 

Qeyd edək ki, Prezident İlham Əliyevin 20 iyun 2019-cu il tarixli sərəncamı ilə Vilayət  Eyvazov Azərbaycan Respublikasının Daxili İşlər naziri təyin edilib. Ramil Usubov isə Azərbaycan Respublikasının Prezidenti yanında Təhlükəsizlik Şurasının katibi təyin olunub.

Müəllif: Ayna.az      21 İyun 2019 15:06
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar