"Qarabağ məsələsini həll etmək üçün üç nəsil dəyişməlidir"

"Qarabağ məsələsini həll etmək üçün üç nəsil dəyişməlidir"

"Nifrətin nəsildən-nəslə ötürülməsi fikrimcə, pis, bəzi hallarda isə cinayətdir”

“Qarabağ münaqişəsi “üç nəslin qarşıdurmasının tipik bir hadisəsidir”. Yəni baş vermiş döyüşlərin şiddətinin və qurbanların itkisi ilə bağlı ağrının gərginliyinin aradan qalxması üçün ən azı üç nəsil dəyişməlidir”.


AYNA xəbər verir ki, bunu Rusiyanın keçmiş prezident Boris Yeltsinin müşaviri, tarixçi və siyasətçi Sergey Stankeviç deyib.


Stankeviç bildirib ki, zamanla müzakirələrin emosionallığı azalmalıdır, ancaq nəsil dəyişikliyindən sonra da tərəflər barışıq formulunu tapmalı olacaqlar.


“Üçüncü ölkələr, o cümlədən Rusiya iki münaqişə tərəfinin barışmasına və özlərinə uyğun bir razılaşmaya gəlmələrinə təminatçı kimi çıxış etməklə kömək edə bilər. Nifrətin nəsildən-nəslə ötürülməsi fikrimcə, pis, bəzi hallarda isə cinayətdir ”, - tarixçi əmindir.


Moskva, Stankeviçin fikrincə, tərəflərin barışmasında müsbət rol oynaya bilər: "Həm Bakı, həm də Yerevanla əla münasibətlərimiz var və düşünürəm ki, tərəflər sülh təşəbbüslərimizə qarşı çıxmayacaqlar".


"Bəs Moskva zəmanət verə bilərmi ki, onun sülhməramlıları münaqişənin iştirakçısı olmayacaqlar, necə ki, bu Cənubi Osetiyada oldu” sualına cavab olaraq bildirib ki, “onda müəyyən bir insanın konkret avantürası var idi”.


“Düşünürəm ki, dünyada hər kəs Rusiyanın öz sülhməramlılarına qarşı təxribatlara, kimin tərəfindən edilməsindən asılı olmayaraq, heç vaxt yol verməyəcəyinə dair bir dərs aldı. Üstəlik, tərəflər razılığa gəlsələr, Türkiyə sülhməramlı əməliyyatda iştirak edə bilər, xüsusən də nəzərə alsaq ki, Moskva ilə Ankara arasındakı münasibətlər yalnız genişlənəcək.
Bundan başqa, tamamilə mümkündür ki, Türkiyə NATO-nu tərk edəcək", - deyə Stankeviç vurğulayıb.(Virtualaz.org)

Müəllif: Ayna.az      6 Sentyabr 2019 05:33
Siyasət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar