Kiçik dövlətlər üçün inqilab daha təhlükəli fəsadlar yaradacaq addımdır

Kiçik dövlətlər üçün inqilab daha təhlükəli fəsadlar yaradacaq addımdır

Evalyutsiya, yoxsa revalyutsiya 

 

Hər bir millətin, ölkənin gələcəyi iki istiqamətdə inkişaf edə bilər: Evalyutsiya (təkamül) və revalyutsiya (inqilab) Düşünürəm, burda "re" şəkilçisi tam yerində işlədilib. Revalyutsiya (inqilab) geriyə qayıdış deməkdir, nəinki inkişaf. Hətta millətin, ölkənin tam iflasına gətirib çıxaran səbəbdir. Gəlin baxaq.

 

Bəşəriyyətin tarixinə təsir edəcək 3 möhtəşəm inqilab haqqında yazmaq istəyirəm. Fransa, Rusiya və Ərəb baharı. Ərəb baharı günümüzdə baş verdiyindən onun haqqında çox danışmaq istəmirəm. İnqilab baş verən ölkələrin hansı hala düşməsi göz önündədir. Onlar nəinki irəli getmədilər, hətta orta əsrlər dövrünə qayıdıb, qəbilə savaşlarına başladılar.

 

Fransa inqilabı ilə Rusiya inqilabı, hətta personajlarına görə belə, bir birinə heyrətamiz dərəcədə bənzəyir. XVI Lüdovik qədər islahatçı və qətiyyətsiz II Nikolay talelərinə görə də oxşar həyat yaşadılar. Fəaliyyətinə və prinsiplərinə və gələcək taleyinə görə Kerenski Lafayetin davamçısı oldu. Lenin, Trotski, Dzerjinski və s. inqilabçılar həm xaraktercə, həm də işlətdikləri metdodlara görə təəcübləndirəcək dərəcədə Robespyerə, Dantona, Demuenə və digərlərinə bənzəyirdi. Parisdəki Yakobinçilər klubu isə RSDFP(bolşeviklər) partiyasınn analoqu idi. Hər iki ölkədə inqilabçılar bir birlərinə yoldaş deyə müraciət edir, vəzifədə adamları isə komissar adlanırdı. Fransa inqilabı bütün Avropanı istila edən Napoleon kimi bir tiran yetişdirdisə, Rusiya inqilabı Avropanın yarısını istila edən Stalini meydana çıxardı. Çünki bu dəfə dünya artıq başqa cür idi.... Bütün Avropanı işğal etməyə imkan verməzdilər.

Image result for qalib əsədov

Gəlin indi təhlil edək. Əgər Fransa inqilabı olmasaydı, bu dövlət indi söz sahibi olan, möhtəşəm bir dövlət idi. (Böyük Britaniya, ABŞ və s. kimi) Əgər Rusiya inqilabı olmasaydı, inkişaf təkamül yolu ilə getsəydi, Rusiyanın nüfuzu indikindən qat-qat güclü idi. Bu gün beynəlxalq arenada Rusiya, heç Çin, kiçik bir Yaponiya və ya İsrail qədər də olsa, söz sahibi deyil. Fransa inqilab nəticəsində öz müstəmləkələrindən məhrum oldusa, Rusiyada isə inqilab nəticəsində əsrlərlə davam edən imperiya dağıldı. Hər iki dövlət bu inqilabların verdiyi sarsıntıdan hələ də özlərinə gəlməyib.

 

Kiçik dövlətlər üçünsə inqilab daha təhlükəli və dövlətçiliyin itirilməsinə belə gətirib çıxara bilən kifayət qədər ciddi fəsadlar yaradacaq addımdır. MƏN EVALYUTSİON, YƏNİ YAVAŞ YAVAŞ, İNKİŞAF EDƏRƏK, SİVİL DÜNYAYA QOVUŞMAĞIN TƏRƏFDARIYAM!!!

 

Qalib Əsədov

Müəllif: Ayna.az      6 Sentyabr 2019 08:39
Maraqlı bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar