Məşhur futbolçu uşaq pornoqrafiyasında ittiham olunur

Məşhur futbolçu uşaq pornoqrafiyasında ittiham olunur

Futbolçunun evində axtarış aparılıb və mobil telefonu, kompüteri müsadirə edilib

 

Almaniya Milli Futbol Komandasının məşhur oyunçularından  biri olan Kristof Metzelderə qarşı istintaq işi açılıb.

 

AYNA xarici mətbuata istinadən xəbər verir ki, məşhur futbolçu uşaq pornoqrafiyası iddiası ittihamı ilə nəzarətə götürülüb.

 

Hamburq Prokurorluğunun göstərişi ilə Metzelderin Düsseldorfdakı evində axtarış aparılmağa başladılıb və mobil telefonu, kompüteri müsadirə edilib. 

Futbol dünyası şokta

İddialara görə, futbolçudan  keçmiş sevgilisi şikayət edib. Qadın Metzelderin telefonundan özünə göndərdiyi 15 uşaq pornosunu da sübut olaraq istintaqa təqdim edib.

Müəllif: Ayna.az      6 Sentyabr 2019 01:30
İdman bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar