Mərhum pilotun təsirli görüntüsü yayılıb

Mərhum pilotun təsirli görüntüsü yayılıb

Fotonu pilotun qardaşı Nicat Atakişiyev paylaşıb

 

MiQ-29 hərbi təyyarəsi ilə qəzaya düşərək həlak olan pilot Rəşad Atakişiyevin anası ilə fotosu yayılıb. AYNA baku.ws-ə istinadən xəbər verir ki, fotonu mərhum pilotun qardaşı Nicat Atakişiyev şəxsi "Facebook" səhifəsində yayıb.

Xatırladaq ki, iyulun 24-də saat 22.00 radələrində plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilib və aviasiya vasitəsi radarlardan itib. Təyyarə Xəzər dənizinə düşüb. Qəza nəticəsində təyyarənin pilotu, polkovnik-leytenant Rəşad Atakişiyev həlak olub. 34 yaşında dünyasını dəyişən hərbi pilotun nəşi avqustun 21-də torpağa tapşırılıb.

 

Rəşad Atakişiyevin 3 və 7 yaşında 2 oğul övladı var.

Müəllif: Ayna.az      5 Sentyabr 2019 17:15
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar