"Vətəni qoruyarsan Vətən olar, qorumazsan kəfən olar"

"Vətəni qoruyarsan Vətən olar, qorumazsan kəfən olar"

Serialın mövzusu İrəvan xanlığıdır

 

Azərbaycanın görkəmli ədəbiyyat xadimi “Qarlı aşırım”, “Xudafərin körpüsü”, “Çaldıran döyüşü” kimi məşhur romanların müəllifi, mərhum yazıçı Fərman Kərimzadənin qızı, yazıçı-jurnalist Yeganə Kərimzadə yeni tarixi serial üzərində işləyir.

 

AYNA xəbər verir ki, bu barədə Y.Kərimzadə özü məlumat verib. O, serialın İrəvan xanlığına həsr ediləcəyini bildirib.

 

"Yeni möhtəşəm tarixi seriala başlayıram. Bu işi xalqımız Vətənimiz qarşısında borcum bilib, işə ya Allah, deyirəm. Özümə bu yolda uğur və can sağlığı istəyirəm ki, işi başa çatdıra bilim. Serialın mövzusu İrəvan xanlığıdır. Musiqi: İrəvanda xal qalmadı. İlk cümlə isə belədir, Vətəni qoruyarsan Vətən olar, qorumazsan kəfən olar..."

Image result for yeganə Kərimzadə

Qeyd edək ki, Y.Kərimzadə bir çox serialın ssenari müəllifidir.

Müəllif: Ayna.az      5 Sentyabr 2019 09:28
Mədəniyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar