“Park Cinema”da tamaşaçıların başına "oyun açdılar"

“Park Cinema”da tamaşaçıların başına "oyun açdılar"

“Park Cinema”da “O2”-nin qorxulu nümayişi: kloun qonaqları necə “öldürdü”


Çoxdan bəri gözlənilən ilin qorxu filmlərindən biri - “O 2”nin bağlı nümayişi “Park Cinema”da əsl film ab-havasına uyğun keçirilib.  AYNA xəbər verir ki, nümayişin əsas personajı, Stiven Kinqin hekayələrində uşaq qatili kimi təqdim etdiyi kloun Pennivayzın özü olub. 

 

Bu dəfə də “Park Cinema” yenidən öz qonaqlarını təəccübləndirməyi bacarıb. Onlara canlı yayımda kvestdən – kinoteatrın ərazisində kvestrum “Phantom” tərəfdən xüsusi olaraq qurulmuş otaqdan keçməyi təklif edib.

 

Qonaqlar "LyubaLive" layihəsinin aparıcısı Lyubov Morqunova tərəfindən aparılan püşkatma ilə seçilib. Məhz popkorn qutusundan aktrisa və prodüser Zəhra Bədəlbəylinin, aktyor Tamerlan İmanovun, “Nə? Harada Nə vaxt?” elit klubunun kapitanı Lalə Babayevanın və "irisbounty" adlı bloqerin adları çıxarılıb. Məlum olub ki, püşkatma sadəcə Lyuba tərəfindən qurama olub, məqsəd isə məhz bu qonaqların həmin otağa düşməsi imiş. 

Park Cinema adlı şəxsin şəkli.

Bütün kvestin gözlənilən dəyişikliklərini tamaşaçılar filmdən əvvəl böyük IMAX ekranında izləyiblər.

 

Press nümayişin video versiyası tezliklə “Park Cinema”nın "Youtube"dakı kanalında olacaq, kvest isə "LyubaLive"in növbəti buraxılışının tərkib hissəsi kimi təqdim ediləcək.

Park Cinema adlı şəxsin şəkli.

“O 2” filmi press nümayişdən dərhal sonra IMAX-da start götürüb, sabahdan etibarən isə “Park Cinema”nın Kinoteatrlar Şəbəkəsində izləmək mümkün olacaq.

Müəllif: Ayna.az      4 Sentyabr 2019 22:36
Mədəniyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar