Elektrik şəbəkəsinin yaxınlığında yanğın olub

Elektrik şəbəkəsinin yaxınlığında yanğın olub

Hadisə Qalanın girişində qeydə alınıb

 

Xəzər rayonunun Qala qəsəbəsində yanğın olub. AYNA-nın hadisə yerində olan əməkdaşı xəbər verir ki, hadisə Qalanın girişində qeydə alınıb. Yaxınlıqda "Azərişıq"a məxsus elektrik şəbəkəsi yerləşir.

 

Əraziyə qara tüstü yayılıb. Hadisə yerinə yaxın ərazidə yanğınsöndürən maşın da gözə dəyib.

 

Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən AYNA-ya bildirilib ki, yanğın barədə nazirliyə məlumat daxil olmayıb. “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev də bu barədə məlumatsız olduqlarını deyib.

 

Hadisə barədə əlavə məlumat əldə etməyə çalışacağıq.

Müəllif: Ayna.az      4 Sentyabr 2019 17:25
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin