Uzunömürlülər diyarının da öz dərdləri var

Uzunömürlülər diyarının da öz dərdləri var

Vüqar Abbasov: “Niderland əhalisinin 19 yaşdan yuxarı hissəsinin 43 faizi özünü tənha hiss edir”

 

 

“Getdikcə Niderlandda uzunömürlülərin sayı artmaqdadır. 2017-ci ildə burda 3.1 milyon nəfər 65+ yaş üzərində insan qeydə alınıb və 2040-cı ildə bu rəqəmin 4.7 milyona çatacağı gözlənilir”.

 

AYNA xəbər verir ki, bu faktları Niderlandda yaşayan azərbaycanlı jurnalist, “Connect” təşkilatının sədri Vüqar Abbasov paylaşıb. O bildirib ki, uzunömürlü insanların sayı artsa da, həmin insanların əksəriyyəti, təxminən 30 faizi özünü tənha hiss edir.

“Onların ailə üzvlərindən ya yanlarına gələn yoxdur, ya da çox az-az gəlirlər. Məlumat üçün qeyd edim ki, burada insanlar müəyyən yaşdan sonra yaşlılar evinə yerləşdirilir, yaxud da özləri gedirlər”, - o vurğulayıb.

 

V.Abbasovun sözlərinə görə, Niderland əhalisinin 19 yaşdan yuxarı hissəsinin 43 faizi (2016-cı ilin statistikasına görə) özünü tənha hiss edir: “Əslində, bu, çox uzun mövzudur. Demək istədiyim odur ki, kənardan hər şey əla, Avropadakı insanlar xoşbəxt görünə bilərlər, lakin dərindən araşdıranda başqa məqamlar da ortaya çıxır”.

Müəllif: Ayna.az      4 Sentyabr 2019 13:45
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin