Patruşev Bakıya “toqquşmaları dayandırın” deməyə gəlib

Patruşev Bakıya “toqquşmaları dayandırın” deməyə gəlib

Politoloq: “Kreml Azərbaycanla əməkdaşlıqda təhlükəsizlik məsələsini digər mövzuların önünə qoyur”

 

Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev sentyabrın 3-də Azərbaycana gələrək Prezident İlham Əliyevlə görüşdü. Rəsmi xəbərlərə görə, görüşdə Azərbaycanla Rusiya arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi, təhlükəsizlik aspektləri müzakirə edilib. AYNA xəbər verir ki, fikirləri sosial şəbəkə hesabında “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu paylaşıb. O, daha sonra fikirlərinə belə davam edib:

 

“Rəsmi xəbərlərdə o da vurğulanır ki, Nikolay Patruşevin rəhbərlik etdiyi nümayəndə heyəti Bakda ekstremizmə, terrorçuluğa qarşı mübarizə ilə bağlı qanunvericilik və əməkdaşlıq məsələlərini müzakirə edəcək. Nikolay Patruşev bu mövzuları detallı şəkildə Azərbaycanın Təhlükəsizlik Şurasının yeni katibi Ramil Usubovla müzakirə edəcək.