“Cek”in sayəsində “King”lər sərhədimizi keçə bilməyib

“Cek”in sayəsində “King”lər sərhədimizi keçə bilməyib

“Sınıq Körpü”də avtomobildə 3600 ədəd siqaret aşkarlanıb

 

Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında Gürcüstandan, idarə etdiyi "BMW 528" markalı avtomobil ilə gələn Azərbaycan Respublikası vətəndaşı "Qırmızı Körpü" gömrük postunda şifahi sorğu-sual olunub.

 

Dövlət Gömrük Komitəsinin (DGK) Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AYNA-ya verilən məlumata görə, bu zaman vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirib.

Lakin "Cek" ləqəbli kinoloji xidmət iti tətbiq edilməklə keçirilən gömrük baxışı zamanı xidməti itin reaksiyası nəticəsində maşının salonunda - arxa oturacağın arxasında gizlədilən "King" markalı 3600 ədəd siqaret aşkarlanıb.

 

Hazırda faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az      4 Sentyabr 2019 11:09
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin