Bakıda yaşayış binasında yanğın: Xəsarət alanlar var

Bakıda yaşayış binasında yanğın: Xəsarət alanlar var

Tüstülənmiş mənzillərdən 18 nəfər bina sakini təxliyə olunub

 

Bakı şəhərinin Səbail rayonu, Nizami küçəsində üçmərtəbəli yaşayış binasının ikinci mərtəbəsinin dəhlizinin atma taxtaları 10 m² sahədə və ümumi sahəsi 140 m² olan üç mənzilin yanar konstruksiyaları 55 m² sahədə yanıb.

 

Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən AYNA-ya verilən məlumata görə, yanğın zamanı Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri və Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən tüstülənmiş mənzillərdən 18 nəfər bina sakini təxliyə olunub.

 

Mənzillərin qalan hissəsi və digər mənzillər yanğından mühafizə olunub. Yanğın zamanı 3 bina sakini müxtəlif dərəcəli yanıq xəsarətləri alıb, onlara əraziyə cəlb olunan Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının briqadası tərəfindən ilkin yardım göstərilib. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.​

Müəllif: Ayna.az      4 Sentyabr 2019 10:41
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin