Dünyada rast gəlinməyən mineral kəşf edildi

Dünyada rast gəlinməyən mineral kəşf edildi
 Meteoritdə, həmçinin qızıl və təbiətdə nadir tapılan bir çox minerallar da aşkar edilib
 
Avstraliyada 1951-ci ildə tapılan meteoritdə dünyada olmayan bir mineral aşkar edilib. 
 
 AYNA Moderator-a istinadən xəbər verir ki, Viktoriya muzeyində olan 210 qram ağırlığındakı meteoritin üzərində araşdırma aparan Kaliforniyalı mütəxəssislər meteoritdə daha əvvəl təbiətdə heç görünməyən nazik dəmir karpit minerallar tapdıqlarını açıqlayıblar. Yeni olan minerala kosmos kimyası aparıcısı olan Edvard Skotun adı ilə "edscottie adı verilib.
 
Ekspertlərin toqquşaraq yox olan bir planetin əriməsi nəticəsində yarandığını təxmin etdikləri meteoritdə həmçinin qızıl və təbiətdə nadir tapılan bir çox mineralların olduğu da qeyd edilib.
Müəllif: Ayna.az      4 Sentyabr 2019 06:27
Maraqlı bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin