Suriyada partlayış törədilib, ölənlər var

Suriyada partlayış törədilib, ölənlər var

Bu terror aktını hələ heç bir qruplaşma üzərinə götürməyib

 

Suriyanın Hələb əyalətinin Türkiyə ilə sərhəd zolağında yerlıəşən Azəz şəhərində minalanmış nəqliyyat vasitəsi partladılıb. Ölənlər var.

 

AYNA inter.az-a istinadən xəbər verir ki, Azəz şəhərində partlayış azı 2 nəfərin ölümü və 9 nəfərin yaralanmasına səbəb olub.

 

Yaralıların bəzilərinin vəziyyəti ağır olduğundan ölənlərin sayının artacağı ehtimal edilir.

 

Məlumata görə, terror aktı bir minalanmış motosikletin bazarda partladılması ilə həyata keçirilib.

 

Bundan öncə Azəzdə təhlükəsizlik qüvvələri bir minalanmış motosikleti aşkarlayaraq bombanı zərərsizləşdirmişdilər.

 

Bu terror aktını hələ heç bir qruplaşma üzərinə götürməyib.

Müəllif: Ayna.az      4 Sentyabr 2019 03:45
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin