Çində məktəbə hücum edilib: Ölən və yaralananlar var

Çində məktəbə hücum edilib: Ölən və yaralananlar var

Cinayətkar yaxalanıb

 

Çinin Hubei şəhərində yerləşən məktəblərin birinə silahlı hücum olub. AYNA xarici mətbuata istinadən xəbər verir ki, hadisə nəticəsində 8 uşaq ölüb, 10 uşaq isə yaralanıb.

 

Çin mediası hadisənin “Çaotanqpo” adlı ibtidai məkəbdə baş verdiyini bildirib: “Bıçaqla şagirdlərə hücum edən qatil, 8 şagirdin ölümünə də səbəb olub”

 

Şübhəlinin həbsdən yeni azad olunduğu, sadəcə qisas üçün belə bir addım atdığı da vurğulanıb.

 

Səlahiyyətlilər, 40 yaşındakı qatilin tutulduğunu və artıq istintaqa cəlb olunduğunu açıqlayıb.

Müəllif: Ayna.az      4 Sentyabr 2019 00:59
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin