İran Prezidenti: "ABŞ ilk dəfə bizə qarşı uğursuz vəziyyətdədir"

İran Prezidenti: "ABŞ ilk dəfə bizə qarşı uğursuz vəziyyətdədir"

"Nüvə sazişindəki öhdəliklərin dayandırılması üçün növbəti mərhələyə keçəcəyik"

 

İran prezidenti Həsən Ruhani, ABŞ-la münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu bildirib. AYNA xarici mətbuata istinadən xəbər verir ki, Ruhani, ABŞ-la aparılan danışıqlarla bağlı əvvəlki açıqlamaların yanlış olduğunu bildirib: “ABŞ-la bağlı danışıqlar mövzusunda hər hansı bir qərarımız yoxdur. Bu mövzuda bəzi təkliflər olsa da, qəbul etmədik. Danışıqlar ancaq ikitərəfli ola bilər”

 

ABŞ-ın tətbiq etdiyi ağır sanksiyalara qarşı İranın müvəffəq olduğunu da ifadə edən Ruhani, ABŞ-ın ilk dəfə İrana qarşı uğursuz olduğunu söyləyib.

 

Ruhani onu da əlavə edib ki, Avropa ilə İran arasında davam edən danışıqlardan müsbət nəticə əldə edə bilməsək, nüvə sazişindəki öhdəliklərin dayandırılması üçün növbəti mərhələyə keçəcəyik. 

Müəllif: Ayna.az      3 Sentyabr 2019 23:02
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin