Bakıda tuneli su basıb

Bakıda tuneli su basıb

Yağış suyunun çox olması səbəbindən nasosxana suyun uzaqlaşdırılmasını çatdıra bilməyib

 

Dünən gecə və bu gün səhər saatlarında, Sabunçu stansiyasının 14-cü kilometrinin 3-cü piketində yeni inşa olunmuş yeraltı tuneldə yağan yağış nəticəsində subasma hadisəsi baş verib. Bu barədə AYNA-ya “Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat xidmətindən məlumat verilib.

 

Məlumata görə, yeraltı tunelin tikintisi zamanı Sabunçu rayonu ərazisində illik yağıntı normalarına uyğun olaraq nasosxana quraşdırılıb: “Lakin ərazidə işlər yekunlaşmadığından və yağış suyunun çox olması səbəbindən nasosxana suyun uzaqlaşdırılmasını çatdıra bilməyib. Buna baxmayaraq, dəmir yolu tərəfindən tədbirlər görülüb, suyu tuneldən uzaqlaşdırmaq üçün əlavə güclü nasos quraşdırılıb və görülmüş tədbirlər nəticəsində yeraltı tuneldən avtomobillərin hərəkəti bərpa olunub”.

 

“Yeraltı tuneldə infrastrukturun qurulması tam başa çatmayıb və “Azərbaycan Dəmir Yolları” QSC tərəfindən podratçı təşkilatdan təhvil alınmayıb. Lakin yerli sakinlərin xahişi nəzərə alınaraq, nəqliyyat sıxlığının aradan qaldırılması, eləcə də yanğınsöndürmə və təcili yardım maşınlarının vaxtında mənzil başına çatması məqsədilə tunel maşınların hərəkəti üçün açılıb”, - deyə qurumdan bildirilib.

Müəllif: Ayna.az      3 Sentyabr 2019 15:16
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin