Gürcü spiker tələsik Azərbaycanı tərk edib

Gürcü spiker tələsik Azərbaycanı tərk edib

Bakıda rəsmi səfərdə olan İrakli Kobaxidze görüşlərini dayandıraraq təcili Tibilisiya qayıdıb

 

Tbilisidə baş verən etiraz aksiyası ilə bağlı Bakıda səfərdə olan Gürcüstan parlamentinin sədri İrakli Kobaxidze səfərini yarımçıq dayandırıb. AYNA Gürcüstan parlamentinin mətbuat xidmətinin məlumatına istinadən xəbər verir ki, İ.Kobaxidze və onun rəhbərlik etdiyi nümayəndə heyətinin bir neçə üzvü Bakıdan Tbilisiyə qayıtmağı qərara alıb. Bu səbəbdən gürcü spikerin bu günə Azərbaycanda planlaşdırılan görüşləri ləğv olunub.

 

Qeyd edək ki, iyunun 20-də Parlamentlərarası Pravoslav Assambleyasının (PPA) Tbilisidə keçirilən 26-cı Baş Assambleyası zamanı assambleyanın sədri, Rusiya Federasiyasının deputatı Sergey Qavrilov Gürcüstan parlamenti spikerinin kürsüsündən nitq söyləyib. Bu zaman qalmaqal yaranıb, Gürcüstan parlamentinin müxalifətçi üzvləri toplantını pozublar. "Gürcü Arzusu" koalisiyası da toplantıya sədrliyin rusiyalı deputatlara yox, qurumun yunanıstanlı baş katibinə həvalə olunmasını tələb ediblər.

 

Ötən gecə isə Tbilisidə geniş etiraz etiraz aksiyası keçirilib. Polis güc tətbiq edərək aksiyanı dağıdıb, 52 nəfər saxlanılıb.      

Müəllif: Ayna.az      21 İyun 2019 12:14
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar