Azərbaycanda “lənətlənmiş” şəhər: Bir ayaq basan sevinir, bir də baş götürüb qaçan

Azərbaycanda “lənətlənmiş” şəhər: Bir ayaq basan sevinir, bir də baş götürüb qaçan

Bu kənd-şəhərin problemləri o qədər çoxdur ki, danışdıqca insanın nitqi quruyur, sözü tükənir, lakin problemlər bitib-tükənmir

 

Xırdalan şəhərində baş verən problemlər çoxumuza məlumdur. Bir zamanlar kənd olan, indi isə şəhər kimi “nüfuz” qazanan Xırdalan, artıq elə müsibətlərə düçar olub ki, xilası da qeyri-mümkün görünür.

 

Əvvəllər Bakıətrafı ərazilərin içində ən qayğısız, ən sakit yaşayış məskənlərində olan Xırdalan, indi xarabalığı xatırladır. Çox da uzaq olmayan keçmişdə, şəhərin səs-küylü ab-havasından, toz-tozanaq yollarından, qarma-qarışıq tıxaclarından bezən insanlar Xırdalana pənah gətiridilər. İndi isə nəinki bu şəhərə gələn qonaqlar, hətta bu şəhərin yerli sakinləri də Xırdalandan baş götürüb qaçmağa çalışırlar.