Dövlət başçısı keçmiş nazirə yeni vəzifə verdi

Dövlət başçısı keçmiş nazirə yeni vəzifə verdi

İlham Əliyev Ramil Usubovu başqa vəzifəyə təyin edib

 

Prezident İlham Əliyev Ramil Usubovun Azərbaycan Respublikasının Prezidenti yanında Təhlukəsizlik Şurasının katibi təyin edilməsi haqqında sərəncam imzalayıb. AYNA dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, sərəncamda deyilir:

 

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

 

Ramil İdris oğlu Usubov Azərbaycan Respublikasının Prezidenti yanında Təhlukəsizlik Şurasının katibi təyin edilsin”.

 

Qeyd edək ki, İlham Əliyev Ramil Usubovu Daxili İşlər naziri vəzifəsindən azad edib.

Müəllif: Ayna.az      20 İyun 2019 18:35
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar