Dövlət Təhlükəsizliyi Xidmətinə yeni rəis təyin olundu

Dövlət Təhlükəsizliyi Xidmətinə yeni rəis təyin olundu

Dövlət başçısı Mədət Quliyevin yerinə Əli Nağıyevi təyin edib

 

Prezident İlham Əliyev Dövlət Təhlükəsizliyi Xidmətinə (DTX) yeni rəis təyin edib. AYNA dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, bununla bağlı imzalanan sərəncamda deyilir:

 

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

 

Əli Nağı oğlu Nağıyev Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi təyin edilsin”.

Qeyd edək ki, DTX-nın öncəki rəisi Mədət Quliyev vəzifəsindən azad edilərək Müdafiə Sənayesi naziri vəzifəsində təyin olunub.

Müəllif: Ayna.az      20 İyun 2019 18:23
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar