Mədət Quliyev DTX rəisi vəzifəsindən azad olundu

Mədət Quliyev DTX rəisi vəzifəsindən azad olundu

Dövlət başçısının imzaladığı digər sərəncamla Mədət Quliyev Azərbaycan Respublikasının müdafiə sənayesi naziri təyin edilib

 

Prezident İlham Əliyev Mədət Quliyevi vəzifəsindən azad edib. AYNA dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, bununla bağlı imzalanan sərəncamda deyilir:

 

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

 

Mədət Qəzənfər oğlu Quliyev Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi vəzifəsindən azad edilsin”.

 

Dövlət başçısının imzaladığı digər sərəncamla Mədət Quliyev Azərbaycan Respublikasının müdafiə sənayesi naziri təyin edilib.

Müəllif: Ayna.az      20 İyun 2019 18:14
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar