"Qarabağ"ın rəqibləri bəlli oldu

"Qarabağ"ın rəqibləri bəlli oldu

"Qarabağ" “Sevilya”nı Bakıya gətirir 

 

Xəbər verdiyimiz kimi, dünən Ağdamın “Qarabağ” klubu Bakıda Şimali İrlandiya təmsilçisi “Linfild”lə həlledici oyunda qələbə qazanaraq Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazandı.

 

Bu gün isə Fransanın Monako şəhərində Uefa Avropa Liqasının püşk atma mərasimi baş tutub.

 

AYNA xəbər verir ki, ölkələrin yer aldığı reytinq cədvəlinə görə, komandalar 4 səbətə bölünüb. 3-cü səbətdə yer alan “Qarabağ”, püşkatma nəticəsində öz rəqibləri ilə tanış olub. 

 

Püşkatma nəticəsində Ağdam təmsilçisi A qrupunda yer alıb.

 

Qeyd edək ki, Azərbaycan çempionu İspaniyanın “Sevilya”, Kiprin “Apoel” və Lüksemburqun “Düdelanj” komandalarına rəqib olub. 

Müəllif: Mərahim Nəsib      30 Avqust 2019 16:33
İdman bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar