Ramil Usubov daxili işlər naziri vəzifəsindən azad edildi

Ramil Usubov daxili işlər naziri vəzifəsindən azad edildi

Dövlət başçısı yüksək vəzifəli şəxsi vəzifəsindən uzaqlaşdırıb

 

Prezident İlham Əliyev Ramil Usubovu daxili işlər naziri vəzifəsindən azad edib. AYNA dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, bununla bağlı imzalanan sərəncamda deyilir:

 

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

 

Ramil İdris oğlu Usubov Azərbaycan Respublikasının daxili işlər naziri vəzifəsindən azad edilsin».

 

Dövlət başçısının digər sərəncamı ilə Vilayət Süleyman oğlu Eyvazov Azərbaycan Respublikasının daxili işlər naziri təyin edilib.

Müəllif: Ayna.az      20 İyun 2019 17:51
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar