Azərbaycan nefti bahalaşıb

Azərbaycan nefti bahalaşıb

Göstəricilər əvvəlkindən çoxdur

 

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti avqustun 28-də 63,56 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,01 dollar/barel çoxdur.

 

AYNA Trend-ə istinadən bildirir ki, FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 62,88 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2 dollar/barel çoxdur.

 

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 59,97 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,77 dollar/barel çoxdur.

 

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 60,46 dollar/barel olub, bu da əvvəlki göstəricidən 2,1 dollar/barel çoxdur.

Müəllif: Ayna.az      30 Avqust 2019 02:32
İqtisadiyyat bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar