Bakı metrosundan yeni xəbər var

Bakı metrosundan yeni xəbər var

Bir eskalatorun əsaslı təmiri başa çatdırıldı, digəri təmirə dayandırıldı

 

“Nizami” stansiyasının “LT-3” tipli 3 saylı eskalatorunda əsaslı təmir işlərinə başlanılıb. Bakı Metropolitenin mətbuat xidmətindən AYNA-ya verilən məlumata görə, müvafiq texniki göstəricilərinə uyğun olaraq, bu tip eskalatorlar təxminən 110.000 km qaçış məsafəsindən sonra əsaslı təmirə dayandırılır.


Təmir dövründə eskalatorun əsas hissələri sökülərək, təmir-təftiş olunacaq, zəruri hissələr yenilənərək quraşdırılacaq.


Sentyabr ayında eskalatorların yenidən istismara verilməsi planlaşdırılır.

 

 

Qeyd edək ki, “Nizami” stansiyasının 3 saylı eskalatorunda əsaslı təmir işləri sonuncu dəfə 2012-ci ildə aparılıb.


Əlavə edək ki, “Həzi Aslanov” stansiyasında olan “ET-5M” tipli 2 saylı eskalatorun əsaslı təmiri artıq başa çatdırılıb və sərnişinlərin istifadəsinə verilib.

Müəllif: Ayna.az      20 İyun 2019 16:25
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar