Şəhəri su böhranı cənginə alıb - Varlılar fürsətdən yararlanır, kasıblar qırılır

Şəhəri su böhranı cənginə alıb -           Varlılar fürsətdən yararlanır, kasıblar qırılır

Hindistanın ən böyük dördüncü şəhəri olan Çennaidə milyonlarla insanın susuz qaldığı bildirilir

 

Hindistanın 4.6 milyon əhalisi olan Çenna şəhərində su ehtiyatlarının tam tükənməsi nəticəsində insanlar susuz qalıblar. AYNA xəbər verir ki, bu barədə “CNN”də reportaj yayımlanıb.

 

Reportajda qeyd olunur ki, yağış suyundan şəhərdəki su anbarlarına kifayət qədər su toplanmadığına görə çox ciddi su böhranı yaşanır. Tamamilə susuz qalmış şəhərə yaxın şəhərlərdən maşınlarla su daşınır. Çennaidə yaşayan yüz minlərlə adam günün isti saatlarında belə, uzun müddət növbəyə duraraq qablarını doldurmağa çalışır.

 

Xəbərə görə, şəhərə gələn su maşınları insanların suya olan təlabatını ödəməkdə çətinlik çəkir. Varlı ailələr isə fürsətdən istifadə edib, şəxsi su maşınlarını çox baha qiymətə icarəyə verirlər.

 

Bələdiyyənin su maşınları tərəfindən insanlara pulsuz su verilsə də, həmin maşınlardan su götürə bilmək üçün, azı bir ay növbədə gözləmək lazımdır.

 

Çennaidə nə qədər adamın susuz qaldığı dəqiq bilnməsə də, 820 mindən çox insanın "gecəqondu"larda yaşadığı və pullu su maşınlarından su almağa maddi imkanları yol vermədiyi bildirilir.

 

Qeyd edək ki, susuzluq Hindistanda hər il yaşanan problemdir. Builki su böhranının ölkəni cənginə almış kəskin istilərlə eyni vaxta təsadüf etməsi isə vəziyyəti daha da dramatikləşdirib.

 

Hindistan əhalisinin ancaq dörddə biri içməli sudan istifadə edə bilir. Susuzluqdan və ya su zəhərlənməsindən hər il ölkədə 20 min insan həyatını itirir.

Müəllif: Ayna.az      20 İyun 2019 15:47
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar