Azərbaycanda gün ərzində 6 ev yanıb

Azərbaycanda gün ərzində 6 ev yanıb

Yanğınlar hamısı söndürülüb

 

Gədəbəy, Saatlı, Beyləqan, İmişli rayonları və Bakı şəhəri Nizami və Qaradağ rayonlarında ev yanğınları qeydə alınıb. AYNA FHN-ə istinadən xəbər verir ki, gün ərzində Azərbaycanda 6 evdə yanğın hadisəsi baş verib. 

 

Gədəbəy rayonunun, Arıqdam kəndində ümumi sahəsi 50 m² olan birmərtəbəli 2 otaqlı evin 1 otağının tavanı və ev əşyaları 25 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

 

Saatlı rayonunun Məmmədabad kəndində ümumi sahəsi 160 m² olan birmərtəbəli 5 otaqlı evin 3 otağının dam örtüyünün yanar konstruksiyaları və ev əşyaları 60 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

 

Beyləqan rayonunda ümumi sahəsi 35 m² olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları, ev əşyaları və bitişik taxta konstruksiyalardan ibarət ümumi sahəsi 20 m² olan köməkçi tikili yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

 

Bakı şəhəri, Nizami rayonunda ümumi sahəsi 24 m² olan birmərtəbəli 2 otaqlı evin 1 otağının yanar konstruksiyaları 0,5 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

 

İmişli rayonunun Çaxırlı kəndində ümumi sahəsi 90 m² olan birmərtəbəli 5 otaqlı evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

 

Bakı şəhəri, Qaradağ rayonu ikimərtəbəli yataqxana binasının birinci mərtəbəsində ümumi sahəsi 70 m² olan 4 otaqlı mənzilin 3 otağının yanar konstruksiyaları 58 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Müəllif: Ayna.az      25 Avqust 2019 22:11
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar