Yenə iki yanğın hadisəsi olub

Yenə iki yanğın hadisəsi olub

Yanğınlar yanğından mühafizə bölmələri tərəfindən söndürülüb

 

Bakı şəhəri, Binəqədi rayonunda 40 m² sahəyə yığılan 100 ədəd kömür kisəsinin 50 kisəsi yanıb. Bu barədə AYNA-ya Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən məlumat verilib.

 

Kömür kisələrinin qalan hissəsi və yaxınlıqdakı ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

 

Beyləqan rayonunda isə, ümumi sahəsi 35 m² olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları, ev əşyaları və bitişik taxta konstruksiyalardan ibarət ümumi sahəsi 20 m² olan köməkçi tikili yanıb.

 

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Müəllif: Ayna.az      25 Avqust 2019 18:36
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar