Yanğın Oğuza keçib

Yanğın Oğuza keçib

Yanğının söndürülməsinə Dövlət Yanğından Mühafizə Xidmətinin şəxsi heyəti və texnikası cəlb edilib

 

Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 “qaynar xətt”inə Oğuz rayonunun Baş Daşağıl kəndi yaxınlığındakı mürəkkəb relyefi dağlıq ərazidə, meşədə yanğın olması barədə məlumat daxil olub.

 

FHN-in mətbuat xidmətindən AYNA-ya verilən məlumata görə, yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin şəxsi heyəti və Aviasiya dəstəsinin “BE 200 ÇS” tipli amfibiya təyyarəsi, 2 ədəd helikopteri cəlb edilib.

 

Qeyd edək ki, son bir həftədə ölkənin bir neçə bölgəsində, eləcə də paytaxtın Suraxanı rayonunda meşə və çöllük ərazilərdə yanğınlar meydana çıxıb.

Müəllif: Ayna.az      25 Avqust 2019 15:38
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar