Nəsiminin bütün türk xalqları qarşısında ən böyük xidməti nədir? - Professor cavablayır

Nəsiminin bütün türk xalqları qarşısında ən böyük xidməti nədir? - Professor cavablayır

"Türk şeir dilini ərəb və fars poetik dilləri səviyyəsinə yüksəltdi"

 

"Məlumdur ki, türk ədibləri arasında Nəsimi ilk şairdir ki, ərəb, fars və türk dillərində eyni dərəcədə yüksək sənət məziyyətləri ilə seçilən əsərlər yazmışdır". AYNA xəbər verir ki, bu fikirləri filologiya elmləri doktoru, professor Kamil Allahyarov bildirib.

 

Professorun sözlərinə görə: "Türkdilli poeziya tarixində isə Nəsimi ilk şairdir ki, türk şeir dilini Yaxın Şərqin ənənəvi poeziya dilləri hesab edilən ərəb və fars poetik dilləri səviyyəsinə yüksəltdi. O, öz yaradıcılığı ilə sübut etdi ki, türk dilində də öz melodiyası, bədii gözəlliyi və səlisliyi ilə ərəb və fars lirikasının şah əsərlərindən geri qalmayan şeirlər yazmaq mümkündür. Məhz Nəsimidən sonra türk şairlərinin böyük əksəriyyəti onun zəngin təcrübəsinə söykənərək, öz ana dillərində yazmağa başladılar. Türk xalqları qarşısında Nəsiminin ən böyük tarixi xidmətləri də məhz bunlardan ibarətdir. Şairin hürufi şeirlərinin dili qəliz olsa da, dünyəvi məhəbbətin vəsfinə həsr etdiyi şeirlərin dili çox sadədir və bəzən isə hətta müasir dilimizdən də heç nə ilə fərqlənmir:


Düşdü yenə dəli könül gözlərinin xəyalinə, 
Kim nə bilir, bu könlümün fikri nədir, xəyali nə?"

 

Görüntünün olası içeriği: bir veya daha fazla kişi ve yakın çekim

Müəllif: Ayna.az      25 Avqust 2019 11:54
Mədəniyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar