Azərbaycanlı bloger Rusiyada saxlanılıb

Azərbaycanlı bloger Rusiyada saxlanılıb
Azərbaycan hakimiyyətində təmsil olunan şəxsləri ağır ifadələrlə təhqir edib
 
Azərbaycanlı bloger Elvin İsayev Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb. AYNA "Report"-aslən Azərbaycanın Masallı rayonundan olan Elvin İsayev Rusiya Federasiyası Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə ittiham olunur.
 
Sankt-Peterburq şəhər polisində ifadə verən E.İsayevin konkret saxlanılma səbəbləri haqqında heç bir məlumat verilməyib. Eyni zamanda onun Azərbaycanın Baş Prokurorluğunun tələbi ilə saxlanılması deyilsə də, bu hələ təsdiqini tapmayıb.
 
Məlumat üçün bildirək ki, Elvin İsayev son aylar bloger kimi fəaliyyət göstərib. O, öz sosial şəbəkə hesablarından Azərbaycan hakimiyyətində təmsil olunan şəxsləri ağır ifadələrlə təhqir edərək gündəmə gəlib.
Müəllif: Ayna.az      25 Avqust 2019 02:29
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar