Üç məşhur şirkət bir məqsəd ətrafında birləşib

Üç məşhur şirkət bir məqsəd ətrafında birləşib

Microsoft şirkəti xüsusi platforma üzərində çalışır

 

Google, Microsoft və Intel şirkətləri istifadəçilər barəsində narahat olaraq əlavə 7 şirkətin də iştirakı ilə konsorsium yaradıblar (Confidential Computing Consortium). Bu konsorsiumun əsas məqsədi isə istifadəçi məlumatlarını qorumaqdır. Bu barədə Gagadget saytı xəbər verib. Google, Microsoft və Intel-dən başqa istifadəçi məlumatlarının qorunması ilə həmçinin Alibaba Cloud, ARM, Baidu, IBM, Red Hat, Swisscom və Tencent şirkətləri də məşğul olacaqlar.

 

AYNA technote.az-a istinadən bildirir ki, yaradılmış təşkilatın əsas məqsədləri siyahısında konfidensial hesablama sistemlərinin və açıq mənbəli kodla çalışmaq üçün ümumi standartın yaradılması və məlumatların daha yaxşı qorunmasının təmin olunması var. Konsorsiumun planında 3 layihəni bitirmək var. Intel şirkəti tərtibatçılar üçün xüsusi alətlərin (SDK) yaradılması üzərində çalışır.

 

Həmin alətlər məlumatları və kodu hack etməkdən və hardware səviyyəsində modifikasiya olunmasından qoruyacaqlar. Microsoft şirkəti xüsusi platforma üzərində çalışır. Həmin platforma təhlükəsiz mühitdə tətbiqləri işə salmaq üçün kodları yazmağa imkan verəcək. Red Hat şirkəti isə serversiz tətbiqlərin yaradılması üçün nəzərdə tutulmuş platforma üzərind çalışır.

Müəllif: Ayna.az      24 Avqust 2019 23:26
Maraqlı bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar