Yəhudilərin qanunsuz məskunlaşdığı yerdə partlayış baş verib

Yəhudilərin qanunsuz məskunlaşdığı yerdə partlayış baş verib

Partlayış nəticəsində üç nəfərin yaralandığı qeyd olunub

 

İsrail ordusu Fələstinlə bağlı yeni açıqlama yayıb. AYNA xarici mətbuata istinadən xəbər verir ki, açıqlamada Fələstinin Qərbi Şəriyə bölgəsində partlayış baş verməsi, partlayış nəticəsində üç nəfərin yaralandığı qeyd olunub.

 

İsrail  Ümumi Təcili Yardm Xidmətinin rəhbəri partlayışın yəhudilər yaşayan məhəllədə baş verdiyini və üç yəhudinin yaralandığını vurğulayıb.

 

İsrail mətbuatı yaralanan yəhudilərin xəstəxanaya çatdırıldığını bildirsə də, partlayışın səbəbindən xəbərsiz olduqlarını bildiriblər.

 

Lakin son araşdırmalarda partlayışdan dərhal sonra hadisə yerində şübhəli şəxsin görünməsi ilə bağlı xəbər yayılıb.

Müəllif: Ayna.az      23 Avqust 2019 18:27
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar