Paytaxtda 2 ha sahədə yanğın: 50 ədəd şam ağacı yanıb

Paytaxtda 2 ha sahədə yanğın: 50 ədəd şam ağacı yanıb

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub

 

Xəbər verdiyimiz kimi, Bakıda yanğın olub. Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Suraxanı rayonunun Yeni Ramana qəsəbəsinin ərazisində quru ot və kol-kos yanır.

 

Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvə və vasitələri hadisə yerinə cəlb olunub. Yanğınsöndürmə işləri davam etdirilir.

 

Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən AYNA-ya verilən məlumata görə, ərazidə 2 ha sahədə quru ot və 50 ədəd şam ağacı qismən yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

 

Qeyd edək ki, bir neçə gündür Respublikanın müxtəlif bölgələrində ərazi yanğınları meydana çıxıb. Bundan başqa, dünən paytaxtın taxta bazarında güclü yanğın baş verib.

Müəllif: Ayna.az      23 Avqust 2019 16:35
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar