Xarici borcumuzun məbləği açıqlanıb

Xarici borcumuzun məbləği açıqlanıb

Borca hökumətin birbaşa və dövlət zəmanəti ilə cəlb edilmiş kreditlər üzrə şərti öhdəliklər daxil edilib

 

1 iyul 2019-cu il tarixinə Azərbaycan Respublikasının xarici dövlət borcu 8 milyard 920 milyon ABŞ dolları (15 milyard 164,1 milyon manat), xarici dövlət borcunun Ümumi Daxili Məhsula (ÜDM) olan nisbəti 19 faizdir (2019-cu il üçün proqnozlaşdırılan 79 milyard 649 milyon manat ÜDM-ə nisbətdə).

 

AYNA bu barədə Maliyyə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir. Borca hökumətin birbaşa və dövlət zəmanəti ilə cəlb edilmiş kreditlər üzrə şərti öhdəliklər daxil edilib.

 

Xarici dövlət borcu beynəlxalq maliyyə institutlarından infrastruktur layihələri və maliyyələşmə proqramları üçün cəlb edilmiş kreditlərdən, həmçinin beynəlxalq maliyyə bazarlarında yerləşdirilmiş qiymətli kağızlardan ibarətdir.

Müəllif: Ayna.az      23 Avqust 2019 15:49
İqtisadiyyat bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar