“Baş Nazirin müavini satıcıdan “niyə baha satırsan” soruşa bilməz”

“Baş Nazirin müavini satıcıdan “niyə baha satırsan” soruşa bilməz”

Natiq Cəfərli: “Ağıllı hökumət nəticədən danışmır, səbəbləri aradan qaldırmaq üçün təşviq proqramları hazırlayır”

 

Baş Nazirin müavini Əli Əhmədov dünən bazara gedib, satıcıların birindən kartofun qiymətini soruşub. Satıcıdan “iki manat” eşidincə, Ə.Əhmədov qiymətin baha olduğunu deyib: “Yayın ortasında iki manata kartof olmaz”.

 

AYNA xəbər verir ki, bu barədə iqtisadçı-ekspert Natiq Cəfərli sosial şəbəkə hesabında paylaşım edib. “Hörmətli Əli müəllim, Sizi anlayıram, sovet "məhsulusunuz", Sizi sovet yetişdirib, kolxozdan çıxmısınız, ona görə də azad və rəqabətli iqtisadiyyatı, qiymətin formalaşmasında iqtisadi qanunların rolunu anlaya bilmirsiniz”, - deyə o yazıb.

N.Cəfərlinin sözlərinə görə, Baş Nazirin müavini, “kartofu niyə baha şatırsız” deyə bilməz: “Sual “kartof niyə bahadır” olmalıdır. Yəni qiymət nəticədir, səbəb deyil. Ağıllı hökumət nəticədən danışmır, səbəbləri aradan qaldırmaq üçün təşviq proqramları hazırlayır”.

 

“Səbəblər isə çoxdur: Zay və məntiqsiz idarəetmədən tutun da, ölkədə əkinəyararlı torpaqların azlığına, suvarma problemlərinə qədər, bunun üzərinə gömrük rəzalətini də gəlin, bu problemlər haqqında düşünün, satıcıdan əl çəkin, gedin işləyin”, - deyə ekspert vurğulayıb.

Müəllif: Ayna.az      23 Avqust 2019 11:53
İqtisadiyyat bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar