Rusiyada yanğın: əhali təxliyə edilir

Rusiyada yanğın: əhali təxliyə edilir
Çox sayda yanğınsöndürən maşınlar cəlb olunub
 
Sankt-Peterburq şəhərində bir anbarda yanğın baş verib. Anbarın yaxınlığındakı binalarda yaşayan insanlar təxliyə edilib.
 
AYNA moderator.az-a istinadən xəbər verir ki, yanğın hadisəsi Sankt-Peterburqun Nevski bölgəsində yerləşən dörd mərtbəli anbarın üçüncü mərtəbəsində baş verib. Qısa müddətdə əhatə dairəsi genişlənən yanğını söndürmək üçün hadisə yerinə çox sayda yanğınsöndürən maşınlar cəlb olunub.
 
Aidiyyəti qurumlar yanğının 4 min metr ərazini əhatə etdiyini bildiriblər. Ərazidəki insanlar təxliyyə olunsa da, yanğının yaşayış yerlərinə sıçrama riskinin olmadığı qeyd olunur.
Müəllif: Ayna.az      23 Avqust 2019 01:26
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar