Bakıda turisti döyüb pulunu və telefonunu aldılar

Bakıda turisti döyüb pulunu və telefonunu aldılar

Şübhəlilər saxlanılıb

 

Avqustun 15-də saat 1 radələrində 2 naməlum şəxs Sabunçu rayonunun Bakıxanov qəsəbəsi ərazisində əcnəbi vətəndaşı döyüb 70 manat pulunu və mobil telefonunu alıblar.

 

AYNA xəbər verir ki, Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Sabunçu RPİ 13-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Y.Heydərov və əvvəllər məhkum olunmuş Y.Novruzov saxlanılıblar.

Müəllif: Ayna.az      23 Avqust 2019 03:34
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar