Erməni "qanuni oğru" Rusiyada öldürülüb

Erməni "qanuni oğru" Rusiyada öldürülüb
Cinayət əməlini qanunsuz saxladığı tapança ilə törədib
 
Çeçenistanın Qroznı şəhər sakini Yerevanda Andik Massivski, yaxud Ando Xromoy kimi tanınan "qanuni oğru" Andranik Arutyunyanı qətlə yetirib. AYNA oxu.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsinin yaydığı məlumatda deyilir.
 
Komitənin məlumatına əsasən, "qanuni oğru"nu Qroznının 32 yaşlı sakini öldürüb. O, iyunun 25-də Ermənistana gəlib və iyulun 3-ü saat 23:00 radələrində yaşayış binalarının birinin həyətində 45 yaşlı A.Arutyunyanı odlu silahla qətlə yetirib.
 
Rusiya vətəndaşı cinayət əməlini qanunsuz saxladığı tapança ilə törədib. Hazırda onun adı cinayət işində müttəhim qismində keçir.
Müəllif: Ayna.az      22 Avqust 2019 22:41
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar