Rusiyadan Amerikaya "soyuq müharibə" illərində yazılmış məktub tapılıb

Rusiyadan Amerikaya "soyuq müharibə" illərində yazılmış məktub tapılıb

Məktub donanma kapitanı Anatoli Prokofieviç Botsanenko tərəfindən yazılıb

 

ABŞ-ın Alyaska ştatında Tayler İvanov adlı bir nəfər, 1969-cu ilə aid bir məktub tapıb. AYNA xarici mətbuata istinadən xəbər verir ki, məktubun SSRİ hərbiçisinə aid olduğu ortaya çıxıb.

 

Məktubda qeyd olunub: “Sizi ürəkdən təbrik edirəm. Mən Rusiyanın Uzaq Şərq Donanmasının əsas gəmisi VRXF-dan xəbər verirəm. Şüşəni tapan şəxsi bütün komandamla salamlayıram. Sizə sağlam bir həyat, uzun ömür və xoşbəxtlik arzu edirəm. 20 iyun 1969”

 

Rusiya xəbər agentlikləri soyuq müharibə illərində yazılmış məktubu araşdırıb və məktubun müəllifini aşkar etməyi bacarıb. Bundan sonra məktubun müəllifinin uzun illər Rusiya hökumətinə xidmət etmiş donanma kapitanı Anatoli Prokofieviç Botsanenko olduğu məlum olub.

Müəllif: Ayna.az      22 Avqust 2019 19:59
Maraqlı bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar