Bakıda güclü yanğın başlayıb, yollar bağlanıb - VİDEO

Bakıda güclü yanğın başlayıb, yollar bağlanıb -         VİDEO

Əraziyə FHN-in yanğından mühafizə bölmələri cəlb olunub

 

Paytaxtın Nərimanov rayonunda güclü yanğın başlayıb. Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən AYNA-ya verilən məlumata görə, hadisə Ziya Bünyadov prospektindən üzü "Baksol" yolu istiqamətində yerləşən, “Taxta bazarı” kimi tanınan bazarda yaşanır.

 

Əraziyə FHN-in yanğından mühafizə bölmələri cəlb olunub. Hadisə yerinə Fövqəladə Hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev və Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev də gəlib. Onlar yanğınsöndürmə işləri ilə tanış olub, müvafiq tapşırıqlarını veriblər.

 

Baş verən yanğınla əlaqədar həmin istiqamətdə nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq qismən məhdudlaşdırılıb. Nəqliyyat vasitələrinin Ziya Bünyadov prospektindən Dərnəgül 1 yoluna (Baksol yolu) girişi bağlanıb.

 

Bu barədə AYNA-ya Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev məlumat verib. “Yanğınsöndürmə texnikalarının və digər operativ nəqliyyat vasitələrinin hadisə yerinə maneəsiz gəlməsi, eləcə də ərazidə sərbəst hərəkət etməsi üçün sürücülərdən zərurət olmadığı halda bu yoldan istifadə etməmələrini xahiş edirik”, - deyə o bildirib.

 

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən "Report"a bildirilib ki, hadisə yerinə 10 Təcili Yardım briqadası göndərilib: "Hələlik Təcili yardıma bir nəfər FHN-in yanğınsöndürəni müraciət edib".

Müəllif: Ayna.az      22 Avqust 2019 16:37
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar