Artilleriya və tanklarımız döyüş vəziyyətinə gətirilib - FOTO, VİDEO

Artilleriya və tanklarımız döyüş vəziyyətinə gətirilib -       FOTO, VİDEO

Təlimlərə cəlb olunan qüvvə və vasitələr qarşıya qoyulan tapşırıqları ardıcıl olaraq yerinə yetiriblər

 

Müdafiə nazirinin təsdiq etdiyi 2019-cu il üçün döyüş hazırlığı planına əsasən ümumqoşun poliqonunda hərbi birliklərdən birinin təlimi keçirilib. Bu barədə AYNA-ya Müdafiə Nazirliyinin (MN) mətbuat xidmətindən məlumat verilib.

Təlim qoşunların idarə edilməsi vərdişlərinin təkmilləşdirilməsi və bölmələrin döyüş uzlaşmasının səviyyəsinin artırılması, taktiki əməliyyatlar zamanı fəaliyyətlərin planlaşdırılması, bölmələrin idarə edilməsində qoşun növləri ilə qarşılıqlı fəaliyyətin təşkili və digər məsələləri məşq etdirmək məqsədilə keçirilib.

Təlimlərə cəlb olunan qüvvə və vasitələr qarşıya qoyulan tapşırıqları ardıcıl olaraq yerinə yetiriblər. Motoatıcı, artilleriya, zirehli tank bölmələri, eləcə də hava hücumundan müdafiə vasitələri döyüş atışları icra ediblər.

Müəllif: Ayna.az      19 İyun 2019 17:12
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar