Daha bir avtomobil qarətçisi tutulub

Daha bir avtomobil qarətçisi tutulub

Yevlax rayon sakini F.Məmmədov saxlanılıb

 

Tbilisi prospektində Bakı şəhər sakini Q.Əkbərova məxsus “Daewoo” markalı avtomobildən açıq qalmış pəncərədən girmək yolu ilə mobil telefon oğurlamaqda şübhəli bilinən Yevlax rayon sakini F.Məmmədov saxlanılıb.

 

AYNA xəbər verir ki, şübhəli avqustun 21-də Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində yaxalanıb.

 

Polis idarəsindən vətəndaşlara xəbərdarlıq da olunub: "Bir daha vətəndaşlarımızın nəzərinə çatdırırıq ki, avtomobillərini park etdikdə və ya qısa müddətdə ayrıldıqda belə nəqliyyat vasitələrinin qapılarını bağlasınlar, salonda qiymətli əşyalar saxlamasınlar".

Müəllif: Ayna.az      22 Avqust 2019 13:30
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar