"Adidas"ın "qələmi qırıldı"

"Adidas"ın "qələmi qırıldı"

Avropa Məhkəməsi "Adidas"ın 3 xətli loqosundan fərqləndirici xüsusiyyəti olmadığına görə hər kəsin istifadə edə biləcəyinə qərar verib. AYNA xəbər verir ki, Mərkəzi Lüksemburqda yerləşən Avropa Ədalət Divanı nəzdindəki Ümumi Məhkəmə Almaniyanın məşhur idman geyim və ayaqqabı istehsalçısı “Adidas”ın loqosu ilə bağlı məsələdə yeni qərar qəbul edib.

 

Məhkəmə istənilən formada yanaşı çəkilmiş 3 xəttin hər hansı ayırdedici xüsusiyyəti olmadığını və buna görə də firmanın hazırkı loqosnun ticari loqo ola bilməyəcəyini bildirib.

 

Xatırladaq ki, “Adidas” 2014-cü ildə loqo məsələsi ilə bağlı Avropa Birliyi Mülkiyyət Ofisinə müraciət edərək hazırkı loqosunu qeydiyyatdan keçirib. 2016-cı ildə Belçikada yerləşən özəl bir şirkət isə bu qərarı ləğv etdirdiyi üçün “Adidas” yenidən məhkəməyə müraciət edib.

Müəllif: Ayna.az      20 İyun 2019 08:04
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar