Bakıxanovda avtomobil qəzası baş verib

Bakıxanovda avtomobil qəzası baş verib

Qəza nəticəsində bir nəfər xəsarət alıb

 

Bu gün Bakıxanov qəsəbəsi Bəşir Bünyadov küçəsində avtomobil qəzası baş verib.

 

AYNA xəbər verir ki, qəza iki “Mercedes” markalı avtomobilin toqquşması nəticəsində olub.

 

Qəza nəticəsində bir nəfər xəsarət alıb.

 

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AYNA-ya verilən məlumata görə, hadisə zamanı xəsarət almış 58 yaşlı qadın bazu sümüyünün travması diaqnozu ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına aparılıb.

 

Yaralının həyatı üçün təhlükə yoxdur.

Müəllif: Ayna.az      22 Avqust 2019 11:31
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar