Paytaxt sakinlərinin arzuladıqları dəyişikliklər həyata keçirilib

Paytaxt sakinlərinin arzuladıqları dəyişikliklər həyata keçirilib

Hər iki dəyişiklik iyunun 6-dan etibarən qüvvəyə minəcək

 

Vətəndaşların ictimai nəqliyyatdan rahat və fasiləsiz istifadəsini təmin etmək məqsədi ilə iki müntəzəm marşrut xətti üzrə avtobusların hərəkət sxemində dəyişiklik edilib. Bu barədə AYNA-ya Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətindən məlumat verilib.

 

Bildirilib ki, Kürdəxanı qəsəbəsində məcburi köçkünlər üçün salınan yeni yaşayış kompleksində sakinlərin sərnişindaşımaya olan təlabatlarının təmin edilməsi üçün 185 nömrəli marşrutun hərəkət sxemi dəyişdirilib. Dəyişiklik sayəsində kompleks sakinləri Sabunçu rayon mərkəzi, Neftçilər metrostansiyası və “8-ci kilometr” bazarı istiqamətinə birbaşa müntəzəm marşrut xəttindən istifadə etməklə gedib-gələ biləcəklər.

 

Bununla yanaşı, 194 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusların hərəkət sxemində dəyişiklik edilib. Dəyişiklik Yasamal rayonu Dadaş Bünyadzadə küçəsində yaşayan sakinlərin çoxsaylı müraciətləri nəzərə alınaraq edilib.

 

Yeni hərəkət sxeminə əsasən 194 nömrəli müntəzəm marşrut xətti üzrə avtobuslar Dadaş Bünyadzadə küçəsindən keçməklə hərəkət edəcək. Bununla da qeyd edilən küçədə yaşayan sakinlərin sərnişindaşımaya olan təlabatı təmin ediləcək.

 

Qeyd edək ki, hər iki dəyişiklik 22.06.2019 tarixindən qüvvədə olacaq.

Müəllif: Ayna.az      19 İyun 2019 16:41
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar