Maşın vuran uşağı xəstəxanaya aparanda qəzaya düşdü, özü öldü

Maşın vuran uşağı xəstəxanaya aparanda qəzaya düşdü, özü öldü

4 yaşlı uşaq isə xəstəxanada ölüb

 

Quba rayonunda baş verən qəzanın təfərrüatları bəlli olub. AYNA "Report"-a istinadən xəbər verir ki, hadisə Rustov kəndində baş verib. Belə ki, kənd ərazisində 2015-ci il təvəllüdlü Renat Mahir oğlu Orucəliyevi avtomobil vurub. Uşağı vuran sürücü isə hadisə yerindən qaçıb.

 

Kənd sakini, 1992-ci il təvəllüdlü Emin Səfərəli oğlu Əzizov yaralı uşağı, uşağın anasını və nənəsini öz avtomobilinə mindirərək, Quba Rayon Mərkəzi Xəstəxanasına aparıb. Lakin yolda digər avtomobil tərəfindən vurulub.

 

Nəticədə, 3 uşaq atası oilan sürücü Emin Əzizov hadisə yerində, 4 yaşlı uşaq isə xəstəxanada ölüb. Uşağın anası və nənəsi ağır bədən xəsarətləri ilə Quba Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib və hazırda onlar müalicə olunurlar.

 

Faktla Quba Rayon Prokurorluğunda araşdırma aparılır.

Müəllif: Ayna.az      22 Avqust 2019 01:39
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar